
"Sabah bizim üçün çətin olacaq. Avrokuboklarda zəif rəqib olmur. Matça hazır olmağa çalışırıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç Bakıda Belçikanın "Gent" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
28 yaşlı yarımmüdafiəçi rəqibi yaxşı analiz etdiklərini bildirib: "Ən yaxşı nəticəni əldə etməyə çalışacağıq".
Monteneqrolu oyunçu çempionatda baş verənlərin avrokuboklara təsir etməyəcəyini söyləyib: "Fərqli oyun, fərqli atmosfer olacaq. Bizdə yüksək motivasiya var. Azarkeşlər önündə qələbə üçün əlimizdən gələni edəcəyik.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.