
Belçika çempionatında XXVI turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gen" "Leuven"i qəbul edib.
Görüş meydan sahiblərinin "Gent"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 49-cu dəqiqədə Huqo Kuypers və 73-ce dəqiqədə Sven Kums vurublar.
Gent şəhərinin eyniadlı təmsilçisi hazırda 42 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ" Bakıdakı ilk oyunda "Gent"i 1:0 hesabı ilə məğlub edib. Cavab matçı fevralın 23-də Belçikada olacaq.