"Onlar topa sahib olmağı çox sevir".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının XXV turunda "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri ev oyunundan sonra mətbuat konfransında deyib.
O, "Zirə"nin avrokuboklar uğrunda mübarizə aparan, çətin rəqiblərdən biri olduğunu deyib: "Bu komandanın sürətli hücumları da olur. Bu haqda komandaya əvvəlcədən məlumat vermişdik. Futbolçular istədiklərimizi yerinə yetirdilər. Nəticədə xal qazandıq. Oyunçularımı təbrik edirəm".