"İki uğurlu oyundan sonra səfərə də eyni nəticə üçün gəlmişdik. Minimum bir, maksimum üç xal götürmək istəyirdik. İlk 15 dəqiqə də göstərdi ki, komandamız məğlub olmağa yox, qalib gəlməyə gəlib. Meydançada baş verəcək hadisələri əvvəlcədən bilmək olmur".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 25-ci turunda "Sabah"a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, komandası azlıqda qalsa da, nizam-intizama üstünlük verdi: "Çalışdıq ki, oyunu bərabərləşdirək. Epizodlarımız da oldu. Amma azlıqda qalanda belə komandalara qarşı oynamaq çətindir. İstər-istəməz rəqib evdə oynayır, səviyyə, maddi və digər baxımdan bizdən üstündür. Buna baxmayaraq mübariz bir komanda formalaşır. Futbolçular uduzmaq yox, qalib gəlmək üçün çalışırlar. Oyunda rəqibə hər tərəfli başağrısı olduqları üçün onlara təşəkkür etdim. Bizi 6 gündən sonra çətin oyun gözləyir. "Zirə" ilə görüşə ciddi hazırlaşmalıyıq".