
"Real" baş məşqçisi Karlo Ançelottinin işindən narazıdır.
Sportnet.az xəbər verir ki, bu haqda ESPN məlumat yayıb. Növbəti 1 ay ərzində 63 yaşlı mütəxəssisin Madrid klubunda gələcəyi müəyyənləşəcək.
Qeyd edək ki, "Real" hazırda La Liqada 53 xalla 2-cidir. Onlar lider "Barselona"dan 9 xal geri qalırlar. Madrid təmsilçisi ÇL-in 1/8 finalında "Liverpul"a 5:2 hesabı ilə qalib gəlib. Cavab oyunu martın 15-də İspaniyada olacaq.