
Mövsümün sonunda "Kristal Pelas"la müqaviləsi başa çatan Vilfred Zaha İngiltərədə qalacaq.
Sportnet.az xəbər verir ki, 30 yaşlı hücumçu Londonu tərk etməyəcək. Fil Dişi Sahili millisinin üzvü ilə "Çelsi" və "Arsenal" maraqlanır. Paytaxt klubları azad agent statusunda olacaq forvardı transfer etmək istəyirlər.
Vilfred Zaha "Kristal Pelas"a 2015-ci ilin fevral ayında "Mançester Yunayted"dən transfer olunub. O, cari mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 21 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.