"Barselona"nın prezidenti Joan Laporta müdafiəçi Serxio Busketsin gələcəyi ilə bağlı danışıb.
Sportnet.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisi ilə müqaviləsi bu mövsümün sonu başa çatacaq oyunçu ilə bağlı bunları deyib:
"Buskets soyunub-geyinmə otağında əsas oyunçudur. Xavi onun qalmasını istəyir və Buskets nə edəcəyini düşünür. Karyerasını başqa səviyyədə davam etdirmək üçün yaxşı təklifləri var".
Qeyd edək ki, Busketslə "İnter Mayami" və "Əl-Nəsr"in maraqlandığı iddia olunur.