İtaliyanın "Milan" klubunun baş məşqçisi Filippo İnzagi A Seriyanın XXXIII turunda "Cenoa" ilə oyun gününə kimi futbolçuları bazada saxlayacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
		
41 yaşlı mütəxəssis bu addımı atmasının səbəbini belə izah edib: "Mən çox təəssüflənirəm. Bu yenidən təkrarlanmamalıdır. Əminəm ki, bu hal üçüncü gün baş verməyəcək. Əks təqdirdə biz yenidən narahatçılıq yaşayacağıq. Bu axşam biz Milanelloda yatacağıq".
		
Qeyd edək ki, A Seriyanın XXXII turunda "Udineze"yə 1:2 hesabı ilə məğlubiyyətdən sonra "Milanin futbolçuları İnzaginin bu posta layiq olmadığını söyləmişdilər. 