
"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets klubu ilə yayda başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib.
Sportnet.az "Barca Universal"a istinadən xəbər verir ki, baş məşqçi Xavi ispan oyunçunun qərarından artıq xəbərdardır. Böyük ehtimalla Buskets karyerasını "Əl-Hilal"da (Səudiyyə Ərəbistanı) davam etdirəcək.
Bildirilib ki, "Barselona" futbolçuya maaşını 3 dəfə azaltmaqla yeni müqavilə təklif edib. Ancaq o, bunu qəbul etməyib.
Qeyd edək ki, Buskets "Barselona"nın yetirməsidir və ancaq bu klubda çıxış edib.