Konfrans Liqasında yarışacaq "Sabah" və "Qəbələ"nin də 5 potensial rəqibi bəlli olub.
Sportnet.az xəbər verir ki, yarışa ikinci təsnifat mərhələsindən başlayacaq Azərbaycan təmsilçilərinin rəqibkəri aşağıda qeyd olunan komandalardan biri olacaq:
"Qəbələ"nin 5 potensial rəqibi
1. "Fənərbağça" (Türkiyə)
2. PAOK (Yunanıstan)
3. "Omoniya" (Kipr)
4. "Vadus" (Lixtenşteyn) - "Neman Qrodnı" (Belarus" cütünün qalibi
5. "Haqelman" (Litva) - "Şkupi" (Makedoniya) cütünün qalibi
"Sabah"ın 5 potensial rəqibi:
1. "CFR Kluj" (Rumıniya)
2. "Hapoel Beer Şeva" (İsrail)
3. "Legiya" (Polşa)
4. "Dunajska Streda" (Slovakiya) - "Dila" (Gürcüstan) cütünün qalibi
5. "FK Makedoniya" (Makedoniya) - "RFS" (Latviya) cütünün qalibi
Daha əvvəl "Neftçi"də 5 potensial rəqibi müəyyənləşib. Bunlar adları qeyd olunan komandalardır:
"Voyvodina" (Serbiya)
"Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minks, Belarus) cütünün qalibi
"Tirana" (Albaniya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün qalibi
"Debretsen" (Macarıstan)
SSKA 1948 (Bolqarıstan)
Qeyd edək ki, Konfrans Liqasısının ikinci mərhələsinin püşkü bu gün atılacaq.