Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Jelezniçar" (Bosniya və Herseqovina) oyunu Bakıda keçiriləcək.
Sportnet.az xəbər verir ki, oyun "Qarabağ"ın ev oyunlarını keçirdiyi "Azərsun Arena"da təşkil olunacaq. Bununla əlaqədar Belarus tərəfinin müraciətini "Qarabağ" müsbət cavablandırıb. Artıq AFFA da görüşün Bakıda keçirilməsinə razılıq verib.
Qeyd edək ki, UEFA Belarus klublarının avrokubok matçlarını neytral meydanda keçirməsi barədə qərar çıxarıb. Bu səbəbdən Minsk təmsilçisi ev meydanı kimi Bakını seçib.
"Dinamo Minsk" - "Jelezniçar" matçı (cavab görüşü) iyulun 20-də keçiriləcək.
Əlavə olaraq qeyd edək ki, bu cütün qalibi növbəti turda "Neftçi" klubu ilə qarşılaşacaq.