Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilməli olan "Makkabi" (Təl-Əviv, İsrail) - "Zarya" (Ukrayna) oyunu təxirə salınıb.
Spornet.az xəbər verir ki, bu barədə "TaToTake" məlumat yayıb. "Makkabi" - "Zarya" görüşü oktyabrın 25-də keçirilməli idi. Oyunun təxirə salınmasına səbəb Qəzza zolağında başverənlərdir.
Görüşün noyabrın 25-də baş tutacağının gözlənilildiyi bildirilib. Oyunun məkanını "Makkabi" müəyyənləşdirəcək.