
UEFA Polşanın "Legiya" klubunu 100 min avro cərimələyib.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna İngiltərədə "Aston Villa"ya qarşı Avropa Konfrans Liqasının qrup mərhələsinin oyununda baş verənlər səbəb olub.
"Legiya" fanatları həmin qarşılaşmada iğtişaşlar törədib, meydana əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər.
Tərəfdarlar komandalarının səfərdəki növbəti 5 matçında da iştirak edə bilməyəcəklər. Bundan əlavə, Polşa klubu stadionda sınmış məhəccərlərin, işıq dirəyinin bərpası üçün "Aston Villa"ya ödəniş etməlidir.
Bu qarşılaşma "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.