
Dünya klublarının qlobal reytinqi açıqlanıb.
Sportnet.az xəbər verir ki, siyahıda planetin 657 ən yaxşı komandası yer alıb.
Azərbaycan çedvəldə iki klubla təmsil olunub. Premyer Liqanın liderləri “Qarabağ”la “Zirə” ən yaxşılar siyahısındadır.
Ağdam klubunun əmsalı 0,642-yə bərabərdir. Qurban Qurbanovun komandası siyahıda 180-cidir. Azərbaycan çempionu sıralamada 6 pillə irəliləyib.
“Zirə” daha böyük sıçrayış edib. 277 pilləlik irəliləyişə nail olan Rəşad Sadıqovun komandası 0,120 xalla dünyada 384-cüdür.
Qeyd edək ki, siyahının ilk “üçlüy”ü dəyişməz qalıb. “Mançester Siti” (2,011) birinci, “Real” (1,865) ikinci, “Bavariya” (1,766) üçüncüdür.