Braziliya millisinin üzvü, "Marsel"in futbolçusu Renan Lodinin yeni klubu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Əl-Hilal” futbolçuya görə 23 milyon avro ödəyib. 25 yaşlı oyunçu ilə 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Renan Lodi bu mövsüm “Marsel”in heyətində bütün turnirlərdə 23 oyun keçirib.