“Neftçi” və Rusiyanın "Spartak” (Moskva) komandası arasında keçiriləcək yoldaşlıq oyununun baş hakimi Rauf Cabarov olacaq.
Sportnet.az xəbər verir ki, ona Namiq Hüseynov və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.
VAR hakimi Cavid Cəlilov, onun köməkçisi Müslüm Əliyev olacaq.
Qeyd edək ki, “Neftçi” – “Spartak” oyunu bu gün saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.