UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, günün son matçlarında ev sahibləri qələbə qazanıblar.
Belçika "Brügge"si Yunanıstan PAOK-una, İngiltərə "Aston Villa"sı isə Fransanın "Lill" klubuna qalib gəlib.
------------------------------
Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasının 1/4 final mərhələsində ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, İsmail Kartalın baş məşqçisi olduğu kollektiv Yunanıstanda "Olimpiakos"un qonağı olub.
Qarşılaşma İstanbul təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 2:3.
Eyni saatda başlayan digər matçda isə İtaliya "Fiorentina"sı Çexiyada "Viktoriya" ilə qolsuz heç-heçə edib.
Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Türkiyədə olacaq.
----------------------------
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Sportnet.az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbaxça” Pirey şəhərində “Olimpiakos”un qonağı olacaq.
İngiltərədə “Aston Villa” klubu “Lill” ilə münasibətləri aydınlaşdıracaq. “Viktoriya” Çexiyada “Fiorentina”nı, PAOK isə Yunanıstanda “Brügge”ni sınağa çəkəcək.
Konfrans Liqası
1/4 final, ilk oyunlar
11 aprel
20:45. “Olimpiakos” (Yunanıstan) – “Fənərbaxça” (Türkiyə) - 3:2
20:45. “Viktoriya” (Çexiya) – “Fiorentina” (İtaliya) - 0:0
23:00. “Brügge” (Belçika) - PAOK (Yunanıstan) - 1:0
23:00. “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa) - 2:1
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də gerçəkləşəcək.