UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Sportnet.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçiləri “Sumqayıt” və “Sabah”ın da rəqibləri müəyyənləşib.
“Gənclik şəhəri” təmsilçisi bu mərhələdə Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq.
Bakı klubu isə İsrail təmsilçisi “Makkabi” (Hayfa) ilə üz-üzə gələcək. Samir Abasovun baş məşqçisi olduğu kollektiv ilk oyunu evdə, Krnoslav Renduliçin komandası isə səfərdə keçirəcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də oynanılacaq.
-------------------------------------
Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
Sportnet.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt”ın da rəqibləri bəlli olacaq.
Hər iki komanda səpələnməmişlər səbətində yer alıb.
“Sabah”ın potensial rəqibləri
“Makkabi” (Hayfa, İsrail)
“Astana” (Qazaxıstan)
AEK (Larnaka, Kipr)
“Marsaşlokk” (Malta) – “Partizani” (Albaniya) cütünün qalibi
“Sumqayıt”ın potensial rəqibləri
“İstanbul Başakşəhər” (Türkiyə)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Omoniya” (Kipr)
“Fehervar” (Macarıstan)
“Sankt-Qallen” (İsveçrə)
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.