
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportnet.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında ilk matçda sərfəli nəticə qazanmaq istədiklərini bildirib:
"Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı olsa, işimiz asan olmayacaq. Amma biz də oyuna uduzmaq üçün çıxmayacağıq. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticə əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".