
Azərbaycan Tələbə Liqasında 2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən futzal üzrə Avropa Universitetləri Çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, yarımfinalda İspaniya komandası məğlubiyyətə uğradılıb - 5:1.
Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilir.