
Futzal üzrə FIFA referisi Elçin Səmədli beynəlxalq təyinat alıb. Sportnet.az-ın məlumatına görə, E.Səmədli futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Qrupda Belarusun "Lidselmaş", Yunanıstanın "Athina-90", Serbiyanın "Ekonomac" və Xorvatiyanın "Nacional" komandası mübarizə aparacaq. Oyunlar oktyabrın 12-dən 15-dək Serbiyada keçiriləcək.