1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Biz daha güclü olduğumuzu sübut etməyə çalışacağıq"
"Neftçi” çox artırıb, əvvəlkindən də güclüdü. Son turda "Neftçi” uduzub deyə bizimlə görüşdə qalib gəlmək istəyəcəklər. Matçın ağır olacağı isə dəqiqdi”. Bu sözləri Sportnet.az-a açıqlamasında "Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç deyib.
Xorvatiyalı "Neftçi”nin güclü heyətə malik olmasına rəğmən bu matçdan qələbə ilə ayrılmaq istədiklərini bildirib: "Neftçi” qalib gəlmək istəyər. Amma bizə də bu görüşdə qələbə lazımdı. Hər şeyi edəcəyik ki, "Neftçi”yə qalib gəlib xal aktivimizi artıraq. Qarşıda hələ 7 tur var və "Neftçi” də sona qədər mübarizə aparacaq. Biz isə daha güclü olduğumuzu sübut etməyə çalışacağıq”.
Ozobiç milli komandamızın Almaniyaya qarşı keçirəcəyi görüş haqda da fikirlərini bizimlə bölüşüb. Onun fikrincə, yığmamız çətin olsa da nəticə qazana bilər: "Bilirəm ki, Almaniya dünyanın ən güclü komandalarından biridi. Onlar Bakıya gəlir və qələbə üçün oynayacaqlar. Deyə bilərəm ki, Azərbaycan üçün çox ağır olacaq. Amma bu futboldu və istənilən nəticə baş verə bilər”.