4-6 fevralda Rusiyanın Oktyabrski vilayətində keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kuboku təxirə salınıb.
Sportnet.az Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytına istinadən xəbər verir ki, yarış koronavirus səbəbindən ertələnib.
Bundan əlavə, 23-24 apreldə Yaponiyanın paytaxtı Tokiodakı Suzuki Dünya Kuboku da eyni səbəbdən təxirə salınıb.