Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq-da yer alan idmançı yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala adlamaqla, ən azı gümüş medalı təmin edib.
57 kq-da çıxış edən Əliabbas Rzazadə isə təsəlliverici görüşdə seneqallı Omar Fayeni "tuşe" ilə məğlub edərək, bürünc medal görüşünə vəsiqə qazanıb.
-------------------------------
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 59 kq-da çıxış edən idmançı IV turda türkiyəli Elmas Çelikə "tuşe" ilə qalib gəlib. O, dairəvi sistem üzrə 3 qələbəylə ikinci yeri tutub.
---------------------------------
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (74) və Abubakr Abakarov (86) yarımfinala adlayıblar.
-----------------------------------
Azərbaycanın sərbəst güləşçiləri Turan Bayramov və Abubakr AbakarovTürkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıblar.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 74 kq-da çıxış edən Bayramov yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.