1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Boksçularımız lisenziyanın bir addımlığına çatdı - YENİLƏNDİ
Bakıdakı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Təsnifat Turnirində Azərbaycan boksçuları növbəti döyüşlərini keçiriblər. Sportnet.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan Rüfət Hüseynov yarımfinala yüksəlib.
Hüseynov 1/4 finalda mərakeşli Zuhir əl-Bakkaliyə heç bir şans verməyib - 3:0. O, növbəti görüşündə meksikalı Xoselito Velaskes Altamiranonu da yenə bilsə, finala yüksəlməklə yanaşı, olimpiadaya lisenziyaya sahib olacaq.
75 kq çəkidəki Kamran Şahsuvarlı venesuelalı Xose Qonsales Mendesə 1/8 final döyüşündə qalib gəlib - 3:0. O, 1/4 finalda irlandiyalı Maykl O Rilli ilə üz-üzə gələcək.
81 kq çəkidə çıxış edən Teymur Məmmədov da 1/8 final qarşılaşmasından qalib ayrılıb. O, gürcüstanlı Yaqo Kiziriyanı yenib - 2:1. 1/4 finalda rəqib mərakeşli Hassan Saada olacaq. Həm Şahsuvarlı, həm də Məmmədov növbəti görüşdə də qalib gəlsələr və hətta uduzsalar belə, rəqiblərinin turnirin qalibi olacağı halda, lisenziya qazanacaqlar.
1/4 final görüşləri iyunun 23-də, yarımfinal qarşılaşmaları isə iyunun 24-də olacaq.
Qeyd edək ki, Dünya Təsnifat Turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir. 75 kq və 81 kq çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət komanda olimpiadaya tam heyətlə qatılacaq.