Bu gün Çempionlar Liqasında final görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, həlledici görüşdə İtaliyanın "Yuventus" klubu ilə İspaniya "Barselona"sı qarşılaşıb.
Almaniyanın paytaxtı Berlindəki "Olimpiaştadion”da ilk dəfə Çempionlar Liqasının finalında üz-üzə gələn cütlüyün qalibi "Barselona" olub. 3:1 hesabı ilə qalib gələn Katalonya təmsilçisi Çempionlar Liqasının qalibi olaraq "het-trik"ə imza atıb.
Qeyd edək ki, "Yuventus” sonuncu dəfə 2002/2003 mövsümündə finala yüksəlib və "Old Trafford” stadionunda digər İtaliya təmsilçisi olan "Milan"a əsas vaxtı qolsuz bitən oyunda penaltilər seriyasında 2:3 hesabı ilə məğlub olub. "Barselona” isə 2011-ci ildə "Uembli” stadonunda İngiltərənin "Mançester Yunayted” klubuna qalivb gəlib - 3:1.
Çempionlar Liqası, final
6 iyun
23:45. "Yuventus" (İtaliya) - "Barselona" (İspaniya) 1:3
Qol: Alvaro Moratta, 54 - İvan Rakitiç, 4, Luis Suares, 68, Neymar, 90+4
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
"Yuventus": Canluici Buffon (k), Andrea Bardzali, Leonardo Bonuççi, Stefan Lixtştayner, Patris Evra, Pol Poqba, Klaudio Markizio, Andrea Pirlo, Arturo Vidal, Alvaro Moratta, Karlos Teves.
"Barselona": Mark Andre ter Steqen, Jerar Pike, Xavyer Maskerano, Jordi Alba, Daniel Alves, İvan Rakitiç, Serxio Buskets, Andres İniyesta (k), Luis Suares, Messi, Neymar.