1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Obama FİFA-nın korrupsiya qalmaqalına şərh verdi
ABŞ prezidenti Barak Obama FİFA-da baş verən korrupsiya qalmaqalı ilə bağlı danışıb. Sportnet.az-ın məlumatına görə, Ağ ev başçısı qurumun şəffav və dürüst çalışmalı olduqlarını qeyd edib.
Obama bunları Almaniyada keçirilən "Böyük yeddiliyin" sammiti zamanı bildirib. 7 iyunda Bavariyada baş tutan iki günlük sammitdə Böyük Britaniya, Almaniya, Kanada, ABŞ, Fransa və Yaponiya liderləri iştirak edib.
ABŞ prezindeti deyib ki, futbol sadəcə oyun deyil, bu nəhəng biznes və inanılmaz qürur mənbəyidir. Onun sözlərinə görə, futbol ABŞ-da da populyarlıq qazanır və federasiyanın vicdanlı fəaliyyəti üçün çaba göstərilir.
Qeyd edək ki, ABŞ baş prokuroru Loretta Linç FİFA-nın məmurları ilə bağlı faktlar və 24 il ərzində Ali futbol qurumunun 150 min dollar rüşvət əldə etdiyi aşkarlanmışdı.