
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko bir günə 3 medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı idmançı gimnastika atı və dayaqlı tullanmanın ardından paralel qollarda fərqlənib.
Bu dəfə Stepko qızıl medala sahib olub. Onun çıxışı 15,733 xalla qiymətləndirilib. Rusiyalı David Belyavski 15,700 balla gümüş, rumıniyalı Marius Berbekar 15,600 balla bürünc medal əldə edib.
Qeyd edək ki, Oleq Stepko gimnastika atı ilə gümüş, dayaqla tullanmada isə bürünc medal əldə edib. O, əvvəlki yarışlarda isə çoxnövçülükdə gümüş, komanda növündə bürünc medal qazanıb. Bu, Stepkonun "Bakı 2015"də 5-ci, Azərbaycanın isə 33-cü medalıdır.