1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan klublarına bələd olmayan hakimlər
İyulun 2-də Avropa Liqasının ilk təsnifat mərhələsinin birinci oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edəcək "İnter", "Qəbələ" və "Neftçi"nin oyunlarını idarə edəcək hakimlərin adları artıq açıqlanıb.
Albaniyanın "Laçi" klubu ilə qarşılaşacaq "İnter"in matçını İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim 39 yaşlı Karlos Del Serro Qrande 2013-cü ildə FİFA referisi dərəcəsini alıb. O, cəmi 2 dəfə Çempionlar Liqasının, bir dəfə isə Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına təyinat alıb.
Tiflisdə "Dinamo"nun qonağı olacaq "Qəbələ"nın oyununa israildən olan hakim Roy Raynşreyber idarə edəcək. O, keçən il FİFA hakimi dərəcəsinə yüksəlib. Cəmi bir dəfə Avropa Liqasına təyinat alan israilli referi həmin matçda da Gürcüstan klubunun oyununda çıxış edib. Bu keçən il avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan "Bursaspor” - "Çixura” matçına təsadüf edib. Bu görüşdə mərhələ adlayan gürcülər üçüncü mərhələdə "Neftçi” ilə qarşılaşıblar.
Azərbaycan kubokunun finalçısı "Neftçi"nın Çernoqoriyanın "Mladost" klubu ilə "Bakcell Arena"da baş tutacaq matçına türkiyəli hakim Əli Palabıyık təyinat alıb. 34 yaşlı ədalət təmsilçisi bu ildən FİFA referisi adını alıb. O, cəmi bir beynəlxalq yarışda iştirak edib. 17 yaşlı futbolçular arasında keçirilən Avro-2015-də Rusiya-Avstriya (1:1) matçını idarə edib.
Qeyd edək ki, "Laçi" - "İnter" matçı Bakı vaxtı ilə 20:30-da, "Qəbələ" ilə "Neftçi"nin oyunları isə 21:00-da start götürəcək.