Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, finalda təşkilatçı Çili yığması ilə Argentina üz-üzə gəlib.
Görüşün əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Çili millisi 4:1 hesablı qələbə sayəsində tarixində ilk dəfə Amerika Kubokunu qazanıb. Argentina yığması isə Qonsalo İquain və Ever Baneqanın penaltiləri dəqiq yerinə yetirə bilməməsi səbəbindən növbəti dəfə final matçından məğlub ayrılıb. Daha öncə Lionel Messi və komanda yoldaşları DÇ-2014-ün finalında Almaniyaya əlavə vaxt qolu ilə uduzmuşdular - 0:1.
Qeyd edək ki, Çili millisi bu qələbə sayəsində həm də 2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokuna vəsiqə qazanıb. Bürünc medala isə 3-cü yer uğrunda görüşdə Paraqvayı 2:0 hesabı ilə yenən Peru yığması sahib olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |