1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın futbolçusuna ŞAD XƏBƏR
İdman Arbitraj Məhkəməsi (CAS) Serbiya və Albaniya milli komandaları arasında AVRO-2016-nın seçmə qrup matçındakı qalmaqalla əlaqədar UEFA-nın çıxardığı qərarı ləğv edib. Sportnet.az-ın Albaniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, CAS Serbiyaya texniki məğlubiyyət verib.
Habelə, bu ölkənin 3 xaldan məhrum edilməsi barədə qərarı qüvvədə saxlayıb. Əvəzində Albaniya 3 xal qazanıb. Qərar qüvvəyə rəsmən minsə, "Qarabağ"ın futbolçusu Ansi Aqolinin də çıxış etdiyi yığmanın aktivindəki xalların sayı 10-a çatacaq.
Qeyd edək ki, 2014-cü il oktyabrın 14-də Belqradda keçirilmiş matç ilk yarının sonlarında meydança üzərində Albaniya bayrağı ilə pilotsuz uçan aparat peyda olub. Bu vaxt serbiyalı futbolçu Stefan Mitroviç bayrağı çıxarıb yerə atmaq istərkən, albaniyalı oyunçuların etirazı ilə qarşılaşıblar. Nəticədə tərəflər arasında kütləvi dava baş verib. Toqquşmaya azarkeşlər də qoşulub. UEFA Nizam-İntizam Komitəsi Albaniyaya 0:3 hesablı texniki məğlubiyyət verib, Serbiyanın 3 xalı silinib və növbəti 2 ev oyununu azarkeşsiz keçirməsi barədə qərar çıxarılıb.