
"Qarabağ" klubunun sabiq futbolçusu Muarem Muarem keçmiş komandasına Çempionlar Liqasında uğurlar arzu edib. Sportnet.az-ın məlumatına görə, o, bu barədə şəxsi "facebook" səhifəsində yazıb.
Makedoniyalı yarımmüdafiəçi ürəyinin "Qarabağ"la olduğunu bildirib: "Qarabağ" klubuna bugünkü Çempionlar Liqası matçında uğurlar arzu edirəm. Könlüm onlarla. Uğurlar "Qarabağ"!"
Qeyd edək ki, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun "Rudar" komandası ilə qarşılaşacaq. Görüş 21:30 start götürəcək.