Rəşad Sadiqovun Sportnet.az saytına müsahibəsi.
- "Qarabağ"a qarşı keçirdiyiniz gərgin qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- İki çempionluğa oynayan komanda qarşılaşırdı. İkisi də Avropa Liqasının pley-off mərhələsində çıxış edən komandalardı. Əvvəlcədən gərgin oyun gözlənilirdi. Doğrudan da maraqlı qarşılaşma alındı. 4 qol, qırmızı vərəqə oldu.
- Sizcə, hesab ədalətlidi?
- Fikrimcə, hə. Komandalar qələbə də qazana, məğlub da ola bilərdi. Elə heç-heçə ədalətli nəticə oldu.
- Oyunda ilk hesabı açan tərəf olacağınızı gözləyirdinizmi?
- "Qəbələ” yaxşı komandadı. Son nəticələr göstərir ki, yüksək yerlər uğrunda mübarizə apara bilərik. Heç bir rəqibdən çəkinmədiyimizə görə, hesabı açmağımız gözlənilən idi.
- Oyundan öncəki məşqi izlərkən, ab-havanın yüksək olmadığını gördük. Bu, son olanlarla bağlıdı?
- Ola bilər. Doğrudan da komandada bir balaca yorğunluq var. Çox stresli oyunlar keçirdik. Buna görə də uşaqların üzündə təbəssüm olmaya bilərdi.
- Qırmızı vərəqə aldığınız epizodla bağlı nə deyə bilərsiz?
- Doğrudan da qırmızı vərəqə aldığım epizodda hamı şokda idi. Qara Qarayev də yerdən duranda şok oldu. Mənə qırmızı vərəqə verilməsinə təəccübləndi. Hamı soruşurdu ki, qırmızı nədi? "Qarabağ”ın öz futbolçuları da təəccübləndi. Rəşad Sadıqov da öz təəccübünü gizlətmədi ki, belə epizoda qırmızı vərəqə verməzlər. Qaranın özü də qırmızı vərəqlik heç nə olmadığını dedi. Doğrudan da ayıbdı. Belə oyunları ölüdümək lazım deyil.
- Bəlkə, həmin epizodda hanısa qeyri-etik ifadə işlətmisiz?
- Xeyr. Belə bir şey olmadı. Sadəcə, yan xətt hakimi çağırıb Əliyar Ağayevə dedi ki, qırmızı vərəqə ver. Mən də dedim ki, ayıbdı, utanmırsız? Belə epiozda qırmızı vərəqə verməzlər dedim.
- Avropa Liqaının pley-off mərhələsindəki rəqibiniz Yunanıstan "Panatinaikos”udu. Şanslarınızı necə dəyərləndirirsiz?
- Rəqibimiz Yunanıstan çempionatının ən güclülərindəndi. Buna baxmayaraq, çəkinmək lazım deyil. Sadəcə, yığışıb oynamaq lazımdı. Fikrimcə, yunan klubu keçiləsi rəqibdi. Biz də 3 rəqibi sıradan çıxarmaqla öz gücümü göstərmişik.
- Sizə elə gəlmir ki, rəqibin Yunanıstan klubu olması gərginliyi bir qədər də artıracaq?
- Ola bilər ki, artırsın. Ancaq "Panatinaikos” elit komandadı. İnanmıram nəsə olsun. Komandamız qorxmamalıdı. Əlimizdən gələni etməliyik.
Rəşad Sadiqov: "Komandamız qorxmamalıdı"