
2014-2015-ci il mövsümünün ən yaxşı qolu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, "Barselona"nın forvardı Lionel Messinin Çempionlar Liqasının ilk yarımfinalında "Bavariya"nın qapısından keçirdiyi top olub.
Həmin qola respondentlərin 39 faizi və ya 199 190-ı səs verib.
İkinci yeri "Real Madrid"in hücumçusu Kriştianu Ronaldunun qrup mərhələsində "Liverpul"un qapısından keçirdiyi top (24 faiz), üçüncü yeri isə "Arsenal"ın oyunçusu Aron Remsinin "Qalatasaray"a vurduğu qol tutub.