Azərbaycan və Moldovanın futbol üzrə milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunun hakimləri müəyyənləşib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın əsas və yan xətt hakimləri Gürcüstandan olacaq.
Baş hakim: Laşa Silaqava (Gürcüstan)
Baş hakimin köməkçiləri: Zaza Pipiya, David Çiqoqidze (hər ikisi - Gürcüstan)
Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da başlanacaq.