1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Beniteslə Ronaldudan yeni rekord
İspaniyalı baş məşqçi Rafael Benites Çempionlar Liqasında unikal nailiyyətə imza atıb. Sportnet.az-ın məlumatına görə, 55 yaşlı mütəxəssis bu dəfə "Real Madrid"in sükanı arxasında 8:0 hesablı qələbəyə sevinib.
O, ilk dəfə 2007-ci ildə İngiltərə "Liverpul"una rəhbərlik etdiyi vaxt Türkiyə "Beşiktaş"ını eyni hesabla məyus etmişdi. İndi isə analoji nəticə İsveç "Malmö"sü ilə qarşılaşmaya təsadüf edib. Beləliklə, Benites elə baş məşqçi kimi özünə məxsus olan Çempionlar Liqası rekordunu yeniləyib.
Digər tərəfdən, bu nəticə turnirin digər rekordlarını alt-üst edib. Kriştianu Ronaldunun 4, Kərim Benzemanın 3 qol vurması ilə Çempionlar Liqası tarixində bir matçda eyni komandadan 2 oyunçu ilk dəfə 3 və ya daha çox qola imza atıb. 20 dəqiqəyə 4 qol vuran Ronaldu 6 matçda 11 qolla rekordunu yeniləyib. Potuqaliyalı hücumçu həm də qrup mərhələsində mübarizə aparan 32 komandanın 23-dən daha çox qol vurmağı bacarıb.