1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hafiz Məmmədov dedi ki, "Lans" onun ürəyidir"
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu Fransanın "Lans" klubunun prezidenti Jerve Martel ötən gün mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, klub prezidenti əvvəlcə Məmmədovun "Lans"a yatırımlarından danışıb: "Onsuz belə bir klubumuz olmazdı. Məmmədov keçən il bütün götürdüyü öhdəlikləri yerinə yetirib: klubumuza 19 milyon avro sərmayə yatırıb. Biz çətin vəziyyətdə olarkən investor tapa bilmədik. Məmmədov gəldi və kluba dəstək verdi. Bu, bizim üçün uğur idi".
Klub prezidenti "Lans"ın yeni mövsümdən Liqa 1-də mübarizə aparmaq üçün lazımi pulun köçürülməsindəki ləngimədən də danışıb: "Xüsusilə qeyd etmək istəyirəm ki, informasiyalar yanlışdır. İndi bu məsələni izah edəcəyəm. Bizim klubun baş meneceri Didye Rudenin iştirakı ilə iyunun 6-da bütün klubların təmsilçiliyi ilə DNCG-də (İdarəetməyə Nəzarət üzrə Milli Direktorat) görüş keçirilib. Bu görüşdə digər klublar kimi biz də Liqa 1-də uğurla çıxış etmək üçün müəyyən bir büdcə təqdim etdik. Eyni gündə Hafiz Məmmədovu Frederik Tirye və digər DNCG əməkdaşları qəbul etdi. Məmmədov onları əmin etdi ki, "Lans"ın əsas liqada oynamaq üçün lazım olan büdcəsi olacaq. İyunun 25-də Bakıya getdim. Məmmədovla bütün işləri həll etmək üçün 8 gün orada qaldım. Pul köçürmələrini həyata keçirmək üçün bir neçə seçim vardı. İlk seçimimiz isə "Bank of Azerbaijan" oldu. Biz pulu nəğd şəkildə almalı idik. Ancaq bu məbləğ hələ ki, bizə gəlib çatmayıb. Belə olduqda gözləməli olduq. Daha sonra öz yerli bankımıza müraciət etdik, amma orda da yalnışlıq oldu. Mən hələ ki, DNCG-yə heç bir müraciət etməmişəm. Özümüz bir qrafik tərtib etmişik. DNCG-yə ya cümə günü, ya da yeni həftənin çərşənbə axşamı gedəcəyik. Axı iyulun 14-ü bizim son günümüzdür. İki alternativimiz var. Köçürülən pul çərşənbə axşamından tez gələrsə, biz iyunun 6-da təsdiqlədiyimiz büdcəni təqdim edəcəyik. Belə olmadığı təqdirdə isə xərcləri azaldaraq fərqli bir büdcə göstərməliyik. Amma futbolçuların əmək haqqını azaltmamaq şərtilə".
"Lans" rəsmisi açıqlamasında büdcə çatışmazlığından şikayətlənib. Martelin sözlərinə görə "Lans"ın Liqa 1-də iştirak etməsi üçün 10 milyon avro çatışmır: "Heç nə gizlətmirəm. DNCG klubdan 28 milyon avroluq büdcənin göstərilməsini tələb edib. Hafiz Məmmədov isə 18 milyon avro köçürüb. Demirəm ki, biz çərşənbə axşamına qədər bu 10 milyon avronu tapa bilməyəcəyik. Pul köçürülməyəcəyi təqdirdə biz büdcəni bərpa etmək üçün dostlarımıza müraciət edəcəyik. Bu çətinlik futbolçularımızın məvaciblərinə təsir etməyəcək. Biz 48 milyon avro düşünmüşdük. Deyə bilərəm ki, bu məbləğ də imkansız deyil".
Jurnalistlərin Hafiz Məmmədovun "Şeffild"i aldığı üçün "Lans"a pul köçürməməsi ilə bağlı verilən suala Martel maraqlı cavab verib: "İlk olaraq inanmıram ki, Hafiz Məmmədov yeni klub alıb. Əgər doğru informasiyadırsa, bu barədə mənim dəqiq məlumatım yoxdur. Bu bizim üçün faciə deyil. Bu gün ingilis futbolu Məmmədov üçün maraqlı ola bilər. Bunlar məni narahat etmir. "Atletiko" və "Şeffild" əməkdaşlığı bizim üçün sadəcə uğur ola bilər. Mən Bakıda olarkən "Şeffild"in işlərini görən şəxslə qarşılaşmaq imkanım oldu və Hafiz Məmmədov "Lans"ın onun ürəyi olduğunu dedi. Ona görə də burada heç bir problem görmürəm".
Sonda isə Martel Liqa 1-ə lazım olan büdcənin təqdim olunması üçün görüşlərin tezliklə yekunlaşacağını deyib: "Biz əsas liqaya yüksələcəyik. İşimiz 8 gün ərzində həll olunacaq. Qarşıdakı həftə bizim üçün önəmli olacaq".