1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Karyerasını bitirdiyini deyə qapıçı Türkiyə klubunda
Bakının "Rəvan” klubunun qapıçısı Kamal Bayramov Türkiyəyə yollanıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, əlcək sahibi hazırda qardaş ölkənin I liqasında mübarizə aparan "Giresunspor”un düşərgəsindədir.
Bir müddət öncə Bayramov elə bu kluba baxışa yollansa da, son anda "Rəvan”dan transfer vərəqəsini ala bilmədiyindən, sövdələşmə baş tutmayıb. Buna baxmayaraq, Bayramov yenidən Türkiyə təmsilçisinin bazasına üz tutub. Onun "Giresunspor"la anlaşmaq üzrə olduğu bildirilir.
Amma "Rəvan”ın mətbuat xidmətinin rəhbəri Şamo Quliyev Sportnet.az-a açıqlamasında qolkiperin hələ də paytaxt klubuna məxsus olduğunu bildirib: "Bayramova azad agent statusu verilməyib. Onun klubumuzla 1 illik müqaviləsi var. Təbii ki, hansısa komandaya keçəcəyi təqdirdə, "Rəvan”a müəyyən kompensasiya ödənilməlidir. Ancaq bu məbləğin böyük olmadığını da bildirməliyəm. Bütün hallarda qapıçı özünə klub tapsa, biz ona əngəl yaratmayacağıq”.
Qeyd edək ki, "Rəvan"ın azad agent statusu vermək üçün Kamal Bayramovdan 15 min dollar istədiyi iddia olunurdu. Bundan sonra qolkiper karyerasını bitirdiyini bəyan etmişdi.