
"Qarabağ" klubunun Avstriya "Zalsburq"u ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsindəki görüşlərinin vaxtı müəyyənləşib. Bu barədə Sportnet.az-a Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, ilk görüş iyulun 30-da saat 20:30-da başlanacaq. İsmayılov oyun saatının hələ Malta "Valletta"sı ilə cavab görüşündən öncə məlum olduğunu bildirib: "UEFA tələblərinə əsasən, həm "Qarabağ", həm də "Valletta" növbəti mərhələyə yüksəlib-yüksəlməyəcəklərindən asılı olmayaraq, vaxtı öncədən müəyyənləşdirməli idilər. Ona görə də Ağdam komandası "Zalsburq"la ilk oyunu başlama saatınadək açıqlayıb. Eyni addımı "Valletta" da atıb".
Cavab görüşü isə avqustun 6-da olacaq.