Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adolf Hütter "Qarabağ"ın Malta "Valletta"sı ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünü izləyib. Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ardından Hütter açıqlama verib.
O deyib: "Qarabağ" çox güclü komandadır. Xüsusən, legionerlərini qeyd edərdim. Üstəlik, Bakıda çox fanatik, dəliqanlı azarkeş təzyiqi ilə üzləşəcəyik. Ona görə də biz çox konsentrasiyalı olmalıyıq ki, 2 oyunun nəticəsində mərhələ keçə bilək".
Hütter Ağdam komandası ilə sıx əlaqədə işləmək niyyətlərini də bəyan edib.
Qeyd edək ki, "Qarabağ"la "Zalsburq" arasındakı ilk görüş iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Matç saat 20:30-da başlanacaq. Avqustun 6-da Zalsburqda baş tutacaq qarşılaşmanın başlama saatı isə həftəsonunadək dəqiqləşəcək.