"Qarabağ" klubunda zədəli futbolçuların durumuna aydınlıq gəlib. Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Onun sözlərinə görə, Malta "Valletta"sı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə zədələnən Reynaldo ilə bağlı heç bir narahatlıq yoxdur. 42 yaşlı mütəxəssis braziliyalı hücumçunun kollektiv məşqlərdə iştirak etdiyini də bildirib.
Qeyd edək ki, "Qarabağ" iyulun 30-da Bakıda, avqustun 6-da isə Avstriyada "Zalsburq"la Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarında üz-üzə gələcək.