Rusiya milli komandasının futbolçusu Oleq Şatov bu gün keçirəcəkləri yoldaşlıq görüşü ərəfəsində Azərbaycan yığmasının səviyyəsini dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi millimizlə oyunun maraqlı alınacağını bildirib.
O, DÇ-2014-də əvvəlki rəsmi oyunların Rusiya üçün çox ağır keçdiyini xatırladıb: "Evdə minimal hesablı qələbə və səfərdə heç-heçə Azərbaycan yığmasını möhkəm rəqib saymağa ciddi əsas verir. Bu komanda ilə oynamaq maraqlı olacaq. Çox yaxşı rəqiblə üz-üzə gələcəyik".
Qeyd edək ki, "Ximki Arena"da keçiriləcək Rusiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.