... Corco Kyellininin ilk yarının sonlarındakı qolundan sonra bir status paylaşdım: "Görəsən, Rauf Əliyev Kyellinini dişləyə bilər?"
Fikirləşirdim ki, hücumçularımız diş çıxarar, dişli hücum qurarıq. Sonrası da ya vəlvələdən, ya zəlzələdən...
Artıq Rüfət Dadaşov meydanda deyildi. Çünki meydanda artıq idi. Yerini Cavid Hüseynova vermişdi. Sırf mərkəz hücumçusu mövqeyində Rauf Əliyev qalmışdı. Diş atma missiyası Raufun üzərinə düşürdü.
Pis-yaxşı bacardı da. Bəlkə Luis Suares kimi sözün həqiqi mənasında Kyellinini dişləyə bilmədi. Amma hələ də bir sirli qutu təsiri bağışlayan Dmitri Nazarovun künc zərbəsindən sonra italiyalı müdafiəçini məcbur etdi ki, topu öz qapısına göndərsin.
Bu da oldu Kyellinidən topa ikinci öpüş... Raufdan isə bir diş!
Daha dişli hücumumuz olmadı. Bu da bir qismət idi...
Əvəzində elə həmin Kyelllini topa üçüncü öpüşlə hədəfi dəqiq nişan aldı. Qapıların yerini də səhv salmadan.
Bilmirsən, millimiz böyük hesabla uduzmadığı üçün təsəlli tapasan, yoxsa bir aktyorun tamaşasından təəssüf hissi keçirəsən. Berti Foqts da deyir ki, müdafiədə 2 kobud səhvə yol verdik. Adama deyərlər: Bütün oyunu müdafiədə oturub hər hissənin sonlarınadək qapının toxunulmazlığını qoruyanda müdafiəçilər yaxşı olurdu, Kyelliniyə əngəl ola bilməyəndə pis?
Foqts insafla danışmır...
"Kitabi Dədə Qorqud" da Vatikan kitabxanasında saxlanılmaqdan artıq Roma Papasına, italyanlara işləməyə başlayıb... Foqts da ki, hardan bilsin bu kitabın bir əlyazması elə özünün vətəni Almaniyada - Drezden şəhərindədir.
Elə ona görə də italiyalı Corco Kyellini topu 3 öpür, Rauf isə 1 dişləyir...
Təbii, Luis Suares kimi yox...
Çünki Foqts gələndən millimizin hücumları dişsizləşib...
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |