Əzəili rəqiblərin duelində "Qalatasaray" "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edib. Sportnet.az-ın məlumatına görə, əsas hadisələr ikinci yarıda cərəyan edib.
53-cü dəqiqədə Brunu Alveş qırmızı vərəqə alaraq, "Fənər"i azlıqda qoyub. "Cim Bom" say üstünlüyündən son dəqiqələrdə yararlanıb. Uesli Sneyder 88 və 90-cı dəqiqələrdə "dubl" edib. Yalnız uzatma dəqiqələrində qonaqlar Alper Potukun dəqiq zərbəsi ilə təsəlli tapa biliblər.
Beləliklə, minimal fərqlə qalib gələn "Qalatasaray" xallarını 13-ə çatdıraraq, bir oyun üstünlüklə liderliyə yüksəlib. "Fənərbağça" isə 10 xalla qalıb.
------------------------------------------------------------------------------------------------------------------------------
Bu axşam futbol dünyasının əsas diqqətləri Türkiyəyə - İstanbuldakı "Türk Telekom Arena”ya yönələcək. Sportnet.az-ın məlumatına görə, əzəli və əbədi rəqabətdə barşımaz mövqe tutan "Qalatasaray”la "Fənərbağça” növbəti dəfə duelə çıxacaqlar.
Superliqanın VI turu çərçivəsində üz-üzə gələcək əzəli rəqiblər, bütün turnirlər daxil, indiyə qədər 379 dəfə qarşılaşıblar. Bugünkü matç yubiley – 380-ci oyun olacaq.
Cari mövsüm qeyri-stabil çıxış edən hər iki komandanın aktivindəki xalların sayı bərabərdir – 10. Sadəcə, 1 top fərqinə görə "aslanlar” əzəli rəqibi turnir cədvəlində formal da olsa, qabaqlayırlar. Çempionlar Liqasının qrup mərhələsində uğursuzluq yaşayan Çezare Prandellinin komandası geridə qalan 5 matçda 6 top vurub, 4-nü buraxıb. "Bülbüllər”də isə bu göstərici 6:5-dir.
İsmail Kartalın başçılıq etdiyi "Fənərbağça”nın barışmaz rəqibi ilə ilk qarşıdurması 105 il əvvələ gedib çıxır. Komandalar ilk dəfə 1909-cu il yanvarın 17-də üz-üzə gəliblər. Sonuncu qarşılaşmaları isə bu ilin avqustuna təsadüf edir – 25 avqust 2014-cü il.
Qələbə üstünlüyü "sarı-lacivərdlilər”in tərəfindədir. Kartalın komandası rəqibini indiyədək 146 dəfə məğlub edib. Ən böyük hesablı yenilgi də "Fənər”ə məxsusdur. Bu, "Cim-Bom"un 1911-ci ildə qeydə alınan 7:0 hesablı qələbəsidir. Ümumilikdə, derbi tarixində ən çox oyun keçirən "Qalatasaray”dan Turqay Şeren, ən çox qol vuran isə "Fənərbağça”lı Zəki Rza Sporeldir – 30.
Qeyd edək ki, "Qalatasaray” – "Fənərbağça” oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
21:00. "Qalatasaray" - "Fənərbağça" - 2:1
Qol: Uesli Sneyder, 88; 90 - Alper Potuk, 90+5
Qırmızı vərəqə: Brunu Alveş, 53 ("Fənərbağça")
Baş hakim: Cüneyt Çakır