Millimizin
baş məşqçisi postuna namizədlər sırasında adı çəkilən baş məşqçi "Qalatasaray”
klubu ilə danışıqlara başlayıb. Sportnet.az-ın məlumatına görə, keçən həftə İstanbula
gələn Saffet Suşiç türk klubunun idarəçiləri ilə danışıqlar masasına oturub.
Bosniya
və Herseqovina qəzetlərinin "İstər inanın, istər inanmayın” başlıqlı yazı ilə verdiyi
xəbərə görə, məşqçinin İstanbula "Qalatasaray” rəhbərliyi ilə görüşmək üçün
getdiyi bildirilir.
Xəbərlərdə mütəxəssisin köməkçisi Elvir Baliçin bir müddətdir "Qalatasaray”ı izlədiyini, "İstanbul
Başakşehir”ə 4:0 məğlubiyyətdən sonra isə Suşiçin klub rəhbərliyi ilə İstanbulda
bir araya gəldiyi qeyd edilir.
Suşiç
Bosniya və Herseqovina millisini tarixində ilk dəfə Dünya Çempionatına çıxarıb.
Lakin AVRO-2016-ya pis başlanğıc etdiyi üçün tənqid olunur.
Qeyd edək ki, bir müddət öncə Saffet Suşiçin meneceri AFFA-ya müraciət edərək, baş məşqçi postunu tutmaq üçün danışıqlara hazır olduqlarını bildirib. Bosniya və Herseqovina mətbuatı AFFA-nın Saffet Suşiçə ildə 3 milyon dollarlıq müqavilə təklif etdiyini, amma 59 yaşlı mütəxəssisin rədd cavabı verdiyini yazmışdı.