Bu gün 19 yaşadək futbolçulardan ibarət
Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu
keçirib. Sportnet.az-ın məlumatına görə, komandamız Slovakiya yığması
ilə qarşılaşıb.
Qarşılaşmaya aktiv başlayan Slovakiya millisi 41-ci dəqiqədə hesabı açıb. Yığmamız fasiləyə məğlub yollanıb. İkinci hissədə Budaqın qolu ilə hesaba tarazlıq gətirən millimizin sevinci uzun sürməyib. 52-ci dəqiqədə hesabı yenidən öz xeyrinə dəyişən slovakiyalılar, daha sonra 2 qol da vuraraq Nikolay Adamın yetirmələrini darmadağın ediblər.
Millimizin iki turdan sonra aktivində 1 xal var. Slovakiya yığması isə 6 xalla qrup lideridir.
AÇ-nin
seçmə mərhələsi
12
noyabr
16:00. Slovakiya (U-19) - AZƏRBAYCAN (U-19) - 4:1
Qollar: Lesnyak, 41; Qromada, 52-pen.; Vesteniçki, 68; Kaçer, 86 - Budaq Nəsirov, 50-pen.
Baş hakim: Eli Hakmon (İsrail)
Qeyd edək ki, U-19 ilk oyunda meydan sahibi Macarıstan yığmasıyla 1:1 hesablı
heç-heçə edib.