Türkiyə millisinin üzvü Arda Turan haqqında yayılan
xəbərlərə aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, futbolçu əyləncə
gecəsinə qatıldığını iddia edənlərə sərt reaksiya verib.
Türkiyə millisinin Braziliya ilə oyundan sonar Arda
Turanın matçdan sonra əyləncə gecəsinə qatıldığı barədə xəbərlər yayıldı. Futbolçu
sosial media vasitəsi ilə şəkil paylaşaraq xəbəri sərt şəkildə təkzib edib: "Bu
gün qəzetlərdə çıxan məlumatlara görə qızlarla qatıldığım əyləncə gecəsi. Həyatlarını
qul haqqı yiyərək keçirən qansızlar, adam olun və "mışı, muşu” buraxın. Xəbəri
yazarkən altına yazarın adını da yazın. Müəllimimdən mükafatımı almağa getdim
və qayıtdım”.
Qeyd edək ki, Türkiyə-Braziliya matçı qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb – 0:4.