Avro-2016-nın
seçmə mərhələsi çərçivəsində H qupunda mübarizə aparan Azərbaycan yığması sabah
"Bakcell Arena”da Norveçi qəbul edəcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycan
millisi daha əvvəl iki dəfə Norveçlə qarşılaşıb ki, bunların heç birində
rəqibindən xal ala bilməyib.
Milli
komandamız hər iki oyunda rəqibinə məğlub olub. Evdə və səfərdə
keçirilən qarşılaşmalarda rəqib qapısına yol tapa bilməyən millimiz əvəzində öz
qapısında 6 qol görüb.
Rəqiblər
ilk dəfə 1998-ci il dünya çempionatının seçmə mərhələsində üz-üzə gəliblər.
1996-cı il iyunun 2-də Osloda keçirilən ilk qarşılaşmada Norveç millisi yığmamızı
5 cavabsız qolla məğlub edib. Oyunda Stole Solbakken və Ole-Qunnar Sulşer dubl
ediblər. Digər qolu isə Frank Stranli vurub. Həmin vaxt milli komandanın baş məşqçisi
Kazbek Tuayev olub.
Cavab
qarşılaşması 1997-ci il sentyabrın 7-də Bakıda keçirilib. Matç rəqibin minimal
hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Ture-Andre Flo vurub. Bu
oyunda millini meydana Vaqif Sadıqov baş məşqçi qismində çıxardıb.
Rəqiblər həmçinin
UEFA bayrağı altında millinin müxtəlif yaş qruplarında 6 dəfə qarşılaşıblar.
Burada fərq böyük deyil - 2 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət.
Qeyd edək ki, Azərbaycan-Norveç matçı sabah saat 21:00-da başlayacaq.