
Avro-2016-nın
seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Norveç yığması bu gün mətbuat
konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena”da baş tutan
görüşdə rəqib komanda yerli jurnalistlərə hörmətsizlik edib.
Belə ki, ancaq öz jurnalistləri ilə danışan norveçli futbolçular, tərcüməçi olmadığına görə, bizimkilərlə danışmayaraq salonu tərk edib. 13 dəqiqə çəkən mətbuat konfransının ardından komanda 15 dəqiqəlik açıq məşqə çıxıb.
Qeyd edək ki, Azərbaycan - Norveç oyunu sabah saat 21:00-da "Bakcell Arena"da başlayacaq.