
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Norveçi qəbul edəcək milli komandamız bu gün "Bakcell Arena"da mətbuat nümayəndələri ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, yığmanın hücumçusu Rauf Əliyev oyun haqda fikirlərini bölüşüb.
Futbolçu sabahkı oyuna ciddi hazırlaşdıqlarını bildirib: "Çox səylə hazırlaşırıq. Uşaqlarda böyük inam hiss olunur. Sabahkı matç çox vacibdir. Çalışacağıq ki, doğma meydanda hamını sevindirək. Əlbəttə, yeni baş məşqçi gələndə fərq də hiss olunur”.
Rauf fikirlərini belə davam etdirib: "İndi köklənmə daha yaxşıdır. İstəməzdik desinlər ki, bütün günah futbolçulardadır. Hamı deyir ki, Foqtsda 50 faiz günah varsa, qalanları da futbolçulardadır. Mənim üçün fərq etməz harda oynayıram. Harda qoyurlarsa orada da oynayacam”.
Qeyd edək ki, Azərbaycan-Norveç qarşılaşması sabah saat 21:00-da "Bakcell Arena"da qarşılaşacaqlar.